Cookie siyasəti
Bu səhifə gko.az saytının brauzerinizdə nə saxladığını, nə üçün saxladığını və bunu necə dayandıra biləcəyinizi izah edir.
Yenilənib: 5 oktyabr 2026
Cookie nədir
Cookie — sayta baxarkən brauzerinizin saxladığı kiçik qeydlərdir. Yaxın funksiyaları olan localStorage və sessionStorage da eyni məntiqlə işləyir, ona görə onları da burada göstəririk.
Sayt indi nədən istifadə edir
Yalnız zəruri qeydlərdən. Sayt üçüncü tərəf analitikası, reklam pikselləri və izləmə skriptləri yükləmir — aşağıdakı cədvəldə saxlanılanların tam siyahısı var.
Analitika və marketinq
Bu kateqoriyalar boş dayanır. Şirkət gələcəkdə analitika və ya reklam alətləri qoşarsa, onlar yalnız siz razılıq verəndən sonra yüklənəcək; razılıq verməsəniz, skript ümumiyyətlə işə düşməyəcək. Ofis xəritəsi Google Maps-dən yüklənir; Google öz cookie fayllarını yazır, ona görə xəritə yalnız «Marketinq» razılığından və ya düyməyə basdıqdan sonra açılır.
Müraciət forması
Formanı doldurub göndərəndə ad, telefon və mesajınız birbaşa şirkətin daxili sisteminə ötürülür — müraciətinizə cavab vermək üçün. Bu zaman brauzerinizdə əlavə cookie yaradılmır.
Nə saxlanılır
| Ad | Növ | Nə üçün | Müddət |
|---|---|---|---|
| gko-consent | Cookie | Cookie ilə bağlı seçiminiz | 12 ay |
| gko-lang | localStorage | Seçdiyiniz sayt dili | brauzeri təmizləyənə qədər |
| gko-intro | localStorage | Açılış animasiyası ana səhifədə ayda bir dəfə göstərilsin | 30 gün |
Sizin seçiminiz
Qərarınızı istənilən vaxt dəyişə bilərsiniz. Bundan əlavə, brauzer ayarlarından cookie-ləri silmək və ya bloklamaq mümkündür — o zaman sayt dil seçiminizi xatırlamayacaq.