Sorğu yarat
Şirkət

Tikintidə işini bilən şirkət

2007-⁠ci ildə fəaliyyətə başlayaraq tikinti, quraşdırma və layihələndirmə sektoru üzrə insanların etibarını və gözləntilərini doğrulatmaq üçün əlimizdən gələni etməyə çalışırıq.

19
il təcrübə — 2007-⁠ci ildən
23
tərəfdaş brend
12
növ texnika
100%
lisenziyalı fəaliyyət (EL-⁠588/2022)
Şirkət haqqında

Şirkətimizə xoş gəlmisiniz

Biz müştərilərimizi anlayıb, maarifləndirib daha sonra işə başlamağı üstün tuturuq. Nəticənin yaxşı olması üçün layihələrin həyata keçirilməsi zamanı sifarişçinin təsəvvürlərinin daha yaxşı formalaşmasına dəstək olacaq vizual həll yolları və konsultasiya xidməti veririk.

İşimizdə keyfiyyətdən danışmağı deyil, keyfiyyəti göstərməyi daha üstün tuturuq.

Təməlini qoyduğumuz məqsədlər

Hər bir sahədə yenilikləri bazara kimlər daxil edirsə, onlar da bazarda söz sahibi olmaq və liderliyi əldə etmək hüququ qazanır. Bizim də məqsədimiz yerli bazarda tikinti sahəsi üzrə yeniliklərlə yadda qalmaq və mövqeyimizi bu yeniliklərlə möhkəmləndirməkdir. Bizə işimizi davam etdirəcək və yeni dövrün tələblərinə cavab verən insan kapitalı lazımdır: yeni kadrlar yetişdirməklə ölkəmizin əmək bazarına rəng qatmaq və rəqabət mühiti yaratmaq istəyirik.

Faydalı olacaq vizyonumuz

Tikintinin fərqli istiqamətləri üzrə insanların ustalarla bağlı üzləşdikləri xoşagəlməz hadisələr bir şirkət olaraq bizi məyus edir. Bu halların qarşısını qismən də olsa almaq üçün ölkədə tikinti sahəsində çalışanların daha çox ixtisaslaşmasına və müştərilərə keyfiyyətli xidmət göstərilməsinə nail olmağa çalışırıq.

Rövşən Hacıyev
Şirkət rəhbərinin müraciəti

Hər bir sifarişçinin keyfiyyətli materiallardan, qabaqcıl texnologiyalardan istifadə edilməklə, sağlam və təhlükəsiz bir məkanda rahat yaşamaq kimi haqqı vardır. Biz də bu missiyanı əsas tutaraq bu istiqamətdə daima təkmilləşir və inkişaf edirik. Tikinti sektorunda həm müştəri məmnuniyyətini qoruyub saxlamaq, həm də sektorda şirkətin imicini möhkəmləndirməyin nə qədər çətin olduğunu anlayırıq. Bu səbəbdən də icra etdiyimiz layihələrə peşəkar kadrları cəlb etməyə və işlərə daha detallı yanaşmağa çalışırıq.

Biz hədəf kütlənin tələb və istəklərini diqqətə alaraq qabaqcıl texnologiyalar və geniş xidmətlər toplusunu tətbiq etməklə mövcud bazar boşluqlarını aradan qaldırmağa çalışırıq.

Yuxarıda qeyd edilənlərin gələcəkdə fəaliyyətimizi məhz bu istiqamətdə inkişaf etdirməyə təkan verəcəyinə inanırıq. Biznes tərəfdaşlarımızın və müştərilərimizin şirkətimizə qatdığı dəyər şirkətimizə olan inamın və əldə etdiyimiz uğurların formalaşmasında mühüm rol oynayır. Bizə olan etibarı qoruyub saxlamaq üçün bundan sonrakı fəaliyyətimizə daha detallı yanaşmağa və layihələri ən yaxşı şəkildə həyata keçirməyə çalışacağıq.

Hörmətlə,Rövşən HacıyevGKO Construction şirkətinin rəhbəri

Texniki imkanlarımız

Öz texnika parkımız

12 növ texnika — obyektlərimizdə işləyir və icarəyə verilir.

  • Asfalt yayanAsfalt yayan
  • AvtokranAvtokran
  • Beton qarışdıran maşınBeton qarışdıran maşın
  • BuldozerBuldozer
  • Frontal yükləyiciFrontal yükləyici
  • Mini yükləyiciMini yükləyici
  • EkskavatorEkskavator
  • Hidravlik ekskavatorHidravlik ekskavator
  • Təkərli ekskavatorTəkərli ekskavator
  • Yükləyici ekskavatorYükləyici ekskavator
  • VərdənəVərdənə
  • ForkliftForklift
Tərəfdaşlarımız

23 brendlə işləyirik

Materiallar, texnika, mebel və dekor — hər istiqamət üzrə yoxlanılmış təchizatçılar.

Rekvizitlər

Sənədlər üçün

Tender, müqavilə və hesab-faktura üçün rəsmi məlumatlar. Lisenziyanın skanı — düyməyə basın.

Lisenziya EL-⁠588/2022, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Hüquqi ad
“GKO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN
1307815241
Lisenziya
EL-⁠588/2022 — 6 sentyabr 2022, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Lisenziyalı fəaliyyət
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri
Hüquqi ünvan
Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi park küçəsi, 7
Ofis
Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi park küçəsi, 7
Əlaqə
+994 51 324 34 54
info@gko.az

Tapşırığınızı danışın — smetanı hesablayaq

Layihəni müzakirə edin